Məxfilik Siyasəti
Sizin məxfiliyiniz bizim üçün ən vacib dəyərlərdən biridir. Aşağıda məlumatlarınızın necə toplandığı və qorunduğu haqqında ətraflı məlumat verilib:
Toplanılan Məlumatlar
Sayta qeydiyyat zamanı və ya sifariş verərkən biz yalnız sifarişin uğurla çatdırılması üçün lüzum olan məlumatları (Email, İstifadəçi adı, Oyunçu ID) toplayırıq. Heç bir halda sizin oyun şifrələriniz və ya bank kartı məlumatlarınız tərəfimizdən tələb olunmur.
Məlumatların İstifadəsı
Toplanan məlumatlar sadəcə aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Sifarişin emalı və çatdırılması
- Hesab təhlükəsizliyinin təmini
- Sizə lazımi bildirişlərin göndərilməsi (məs. sifariş tamamlandı)
Məlumatların Qorunması
Sistemimiz ən müasir SSL şifrələmə texnologiyaları ilə qorunur. Məlumatlarınızın gizli saxlanılmasına və heç bir üçüncü şəxsə (tədarükçülər istisna olmaqla) ötürülməməsinə tam zəmanət veririk.
Cookies (Kukilər)
İstifadəçi təcrübəsini təkmilləşdirmək üçün veb-saytda "cookies" istifadə oluna bilər. Bu məlumatlar saytın işləkliyini təmin etmək və profilinizi yadda saxlamaq üçün lazımdır.